Rusiya imperiyasının hökmranlığı dövründə şimali Azərbaycanda həyata keçirilən aqrar siyasətin və kəndli islahatlarının hüquqi səciyyəsi - Bakı Universitetinin xəbərləri (sosial-siyasi elmlər seriyası) jurnalı №3 2022

Açıqlama:

Şimali Azərbaycanın Rusiya tərəfindən işğalından sonra burada sosial-iqtisadi həyatda baş verən islahat xarakterli dəyişikliklərin öyrənilməsi və araşdırılması günümüzdə bu sahədə baş verən proseslərin mahiyyətinə dərindən nəzər salmaq baxımından olduqca aktualdır və mühüm əhəmiyyət kəsb edir. Məqalədə XIX əsrdə Rusiya imperiyasının hökmranlığının ilk dövrlərindən başlayaraq Azərbaycanda həyata keçirilən aqrar siyasətin və kəndli islahatlarının həmin dövrdə cəmiyyətin sosial-siyasi, iqtisadi və hüquqi həyatının müxtəlif sahələrində aparılan islahatlaşma prosesindəki spesifikliyi açılıb göstərilir. Problemin araşdırılmasında əsas məqsəd mövcud mənbələrlə yanaşı, bir çox arxiv materiallarına da diqqət yetirilməsi, əvvəllərdə bu problemlə əlaqədar ortaya qoyulmuş tarixi-hüquqi yanaşmaların da nəzərə alınması ilə ümumiləşdirilmələrin və yeni dəyərləndirmələrin aparılmasıdır.


Müəllif : X.C.İsmayılov - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 9

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir