Sübutların qiymətləndirilməsi və istintaq fərziyyələrinin qurulmasında daxili inamın rolu - Azərbaycan Prokurorluğu Elmi-praktiki jurnalın 1-ci nömrəsi 2021

Açıqlama:

İstintaq və məhkəmə orqanlarının cinayət işi üzrə həqiqətin müəyyən edilməsinə dair fəaliyyəti keçmişdə baş verən hadisələrə, faktlara və hallara yönəlmiş olur. Təhqiqatçı, müstəntiq, prokuror və məhkəmə hadisələrin bilavasitə müşahidəçisi olmurlar. Buna görə də cinayət işi üzrə istintaq aparan şəxsin fəaliyyəti bilavasitə özünün müşahidə etmədiyi halların tədqiqinə yönəlir. Bu halların müəyyən edilməsi cinayətin maddi izləri və cinayət hadisəsi ilə əlaqədar halları müşahidə etmiş şəxslərin məlumatları – yəni ümumilikdə sübutetmə prosesində əldə edilmiş məlumatlarla mümkündür.


Müəllif : Tural İbrahimov, Ağdaş rayon prokuroru ədliyyə müşaviri.
Nəşr tarixi : 2021
Yüklənmə sayı : 28

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir