Sənədlərin məhkəmə-texniki ekspertizasının yaranması, müasir vəziyyəti və inkişaf perspektivləri - Polis Akademiyasının Elmi Xəbərləri Elmi Hüquq Jurnalı №4 (2022)

Açıqlama:

Sənədlərin saxtalaşdırılması və belə hallarla mübarizə haqqında qeydlər isə hələ qədim Roma hüquq mənbələrində öz əksini tapmışdır. Siseronun etiraf etdiyi kimi, «hətta bəzi vicdanlı adamların da sənədləri saxtalaşdırmaq yolu ilə varlanmaq imkanı yarandıqda buna əl atdıqlarını görürük» [1, s.175]. Eramızdan əvvəl 1-ci əsrdə Roma hökmdarı Sulla tərəfindən sənədlərin saxtalaşdırılmasını həyata keçirən şəxslər barədə məsuliyyət nəzərdə tutan «Korneliya» adlanan qanunu imzalanmışdı. Bu qanuna uyğun olaraq saxta vəsiyyətnamə hazırlayan, saxta sənədlərə möhür vuran, əsl vəsiyyatnaməni gizlədən, sənədlərin mətninə əlavə, pozma, üstdən düzəltmə və digər yollarla dəyişikliklər edən şəxslər cəzalandırılırdı [2, s.213]. Orta əsrlərdə bir çox ölkələrdə sənədlərin saxtalaşdırılması hallarına qarşı mübarizə daha da sərtləşdirilmiş, buna görə məsuliyyət nəzərdə tutan xüsusi normalar ayrı-ayrı qanunvericilik aktlarına daxil edilmişdi. Məsələn, XVI əsrin 1-ci yarısında Fransada sənədlərin saxtalaşdırılması hallarının artmasının, nəticədə də əhaliyə və dövlətə həmiyyətli əmlak ziyanın vurulmasının qarşısını almaq məqsədilə Kral I Frantsisk 1532-ci ildə bu kateqoriyalı cinayətlərə görə daha sərt cəzaları müəyyən edən xüsusi qanunvericilik aktını imzalamışdı.


Müəllif : Aysel Aslanova - Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının Mərkəzi Sənədlərin texniki ekspertizası şöbəsinin aparıcı eksperti
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 6

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir