Sağlamlığın qorunması hüququ vətəndaşların əsas konstitusion hüquqlarından biri kimi: məzmunu və hüquqi təbiəti - Bakı Universitetinin xəbərləri (sosial-siyasi elmlər seriyası) jurnalı №3 2021

Açıqlama:

Bu məqalədə sağlamlığın qorunması hüququ vətəndaşların əsas konstitusion hüquqlarından biri kimi nəzərdən keçirilir, onun məzmunu və hüquqi təbiəti ilə bağlı məsələlər təhlil edilir. Müəllif hüquq ədəbiyyatının və sağlamlığın qorunması sahəsində qüvvədə qanunvericiliyin təhlili və ümumiləşdirilməsi əsasında sağlamlığın qorunması hüququna anlayış verir, sağlamlığın qorunması hüququnun insan və 'vətəndaşların digər konstitusion hüquqlarının təminatında rolunu göstərir, “sağlamlığın qorunması sahəsində hüquqlar ” anlayışı və “pasiyent hüquqları ” anlayışının məzmunca, əhatə dairəsinə görə fərqli anlayışlar olduğunu əsaslandırır, habelə qanunvericilikdə təsbit olunması üçün pasiyent hüquqlarının anlayışını təklif edir.


Müəllif : F. R. Pənahov - AMEA Hüquq və İnsan Haqları İnstitutu
Nəşr tarixi : 2021
Yüklənmə sayı : 11

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir