Məqalədə mülkiyyət hüququnun məhdudlaşdırılmasının bir halı olan satın almaqda üstünlük hüququ məsələsinə toxunulmuş, onun yaranma əsasları fərqləndirilmiş, mülkiyyət hüququnu hansı şəkildə məhdudlaşdırdığı göstərilmişdir. Qanuna əsasən yaranmış satın almaqda üstünlük hüququ məsələsinə xüsusi diqqət yetirilərək, həmin hüququn istifadə edilməsinin qarşısının alınması məqsədilə simulyasiyaya yol verilməsi halları araşdırılmışdır. Bu zaman simulyasiya anlayışının mahiyyətinə nəzər salınmış, onun növləri göstərilmiş və Azərbaycan Respublikasının mülki qanunvericiliyində tutduğu yer müəyyən edilmişdir. Məqalədə hazırkı məsələ ilə bağlı simulyasiyanın təzahür edə biləcəyi praktiki vəziyyətlər sadalanmış, hər bir hala uyğun olaraq satın almaqda üstünlük hüququ olan şəxsin bu hüququndan istifadə edə bilməsi ilə bağlı suala cavab verilmişdir. Yekun olaraq isə müəllif tərəfindən satın almaqda üstünlük hüququ olan şəxsin simulyasiya nəticəsində bu hüququndan məhrum olması halında hansı tələblə çıxış edə biləcəyi məsələsi müəyyənləşdirilmişdir.
Qiymətləndir