Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında 1954-cü il tarixli Haaqa Konvensiyası və ona əlavə protokolların bu sahədə münasibətlərin tənzimlənməsində rolu - Azərbaycan Hüquq Jurnalı. 2021 (№2)

Açıqlama:

Məqalədə Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Haaqa Konvensiyasının və ona əlavə protokolların bu sahədə münasibətlərin tənzimlənməsində rolu və əsas xarakterik xüsusiyyətləri geniş təhlil edilir. Belə nəticəyə gəlinir ki, qeyd edilən beynəlxalqhüquqi sənədlər silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması üzrə mühüm normalar müəyyən etsə də, bu sahədə həmin müddəaların yerinə yetirilməsi üzərində beynəlxalq nəzarət mexanizmi yaradılmamışdır. Belə ki, təklif olaraq insan hüquqları sahəsində komitələr praktikasında yaradılacaq və müəyyən səlahiyyətlərə malik olacaq beynəlxalq nəzarət mexanizmində dövlətlərdən müvafiq hesabatların alınması və dövlətlərarası şikayət proseduru da nəzərdə tutulmalıdır. Daha sonra, məqalələ qeyd edilir ki, Konvensiya və əlavə protokollarda müəyyən edilən normaların müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il tarixli Cenevrə konvensiyaları ilə ciddi əlaqələri qurulmamışdır. Bundan başqa, Konvensiya və əlavə protokollarda beynəlxalq hüquqi adət normalarına əməl edilməsi üzrə dövlətlərin öhdəlikləri də dəqiq şəkildə əks olunmamışdır. Eyni zamanda, mədəni sərvətlərin beynəlxalq siyahısının yaradılması istiqamətində UNESCO tərəfindən aparılan fəaliyyət daha da artırılmalı, o cümlədən beynəlxalq məsuliyyətlə əlaqədar müddəalar da nəzərdə tutulmalıdır. Son olaraq məqalədə belə nəticəyə gəlinir ki, Konvensiyaya yuxarıda qeyd edilən müddəaları, o cümlədən dövlətlərin beynəlxalq öhdəliklərini və geniş milli-hüquqi implementasiya tədbirlərini nəzərdə tutan yeni əlavə protokolun qəbul edilməsi məqsədəmüvafiq hesab edilməlidir.


Müəllif : Leyla Həşimova - hüquq üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universiteti Hüquq fakültəsinin “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrasının müəllimi
Nəşr tarixi : 2021
Yüklənmə sayı : 16

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir