Silahlı münaqişələr dövründə uşaqların beynəlxalq hüquqi müdafiəsi - Nəqliyyat Hüququ jurnalı 2019 №2

Açıqlama:

Müasir dövrdə silahlı münaqişələr zamanı fundamental məsələlərdən biri kimi mülki əhalinin, xüsusən də uşaqların müdafiəsinin təmin edilməsi çıxış edir. Sözügedən münaqişələr zamanı mülki əhalinin bir kateqoriyası kimi uşaqların müdafiəsi beynəlxalq humanitar hüquq normaları vasitəsilə realizə olunur. Beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq, beynəlxalq silahlı münaqişə beynəlxalq hüquq subyektliyinə malik olan iki və daha çox dövlət və ya digər silahlı qüvvələr arasında yaranan və mövcud olan silahlı qarşıdurmanı ifadə edir.


Müəllif : Mehralızadə Fəridə - Azərbaycan Milli Elmlər Akademiyası Hüquq və İnsan Haqları İnstitutunun “Beynəlxalq Hüquq” şöbəsinin elmi işçisi.
Nəşr tarixi : 2019
Yüklənmə sayı : 20

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir