Siyasi elita və siyasi mədəniyyət: idarəçilik və tabeçilik problemi kontekstində - Polis Akademiyasının Elmi Xəbərləri Elmi Hüquq Jurnalı №2 (2022)

Açıqlama:

Müasir siyasi elmdə cəmiyyətdə elitanın mövcudluğu məsələsi birmənalı qəbul olunur. Elitologiyaya öyrənilmə obyekti kimi politologiya, sosiologiya, tarix və psixologiya sahəsində rast gəlinir. Əgər əvvəllər politoloji tədqiqatlarda “liderlikdən”, “xalq kütlələrinin rolundan” danışılırdısa, indi aparıcı rolu elita oynayır. Bu bir faktdır ki, real siyasi proseslər cəmiyyətin inkişafı üçün vacib siyasi qərarlar qəbul edən, hakimiyyəti öz əlində cəmləşdirən azlığın - elitanın əlindədir. Amma politoloqların bəziləri “elita” terminini elmi saymırlar. Və fikirlərini belə əsaslandırırlar ki, əgər bu termin hakim sinfi bildirirsə, heç bir yeni məzmun kəsb etmir. Yəni əgər onun köməyi ilə cəmiyyətin sinif təbəqələşməsi səthi elita-kütlə haçalanması ilə əvəzlənirsə, doğru deyil, çünkü hakim yuxarı təbəqənin cəmiyyətin sinif sturukturu ilə, sosial-siyasi sistemin hakimiyyəti ilə əlaqəsini inkar etmir.


Müəllif : Şahin Bağırov - Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 9

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir