Sosial medianın insan hüquq və azadlıqlarına təsir aspektləri - Azərbaycan Hüquq Jurnalı. 2023(№2)

Açıqlama:

Dövrümüzün reallığı olan sosial media insanların qarşılıqlı ünsiyyəti və müxtəlif hüquq və azadlıqlarını realizəsi üçün rahat və maneəsiz virtual mühit olmaqla, hüquqi tənzimetmənin də obyektinə çevrilmişdir. İnsanların əksəriyyətinin istifadə etdiyi bir vasitə olan sosial media həm də müxtəlif hüquqların pozulduğu bir mühitdir. Ona görə də sosial media platformalarının insan hüquq və azadlıqlarının qorunması aspektindən təhlili aktual problem hesab olunur. Məqalədə sosial mediaya dair müxtəlif yanaşmalar əlaqəli şəkildə təhlil olunmuş, sosial media ilə bağlı hüquqi problemlər ortaya qoyulmuş, onların həllinə dair təklif və tövsiyələr irəli sürülmüşdür.


Müəllif : Elnur Hümbətov - hüquq üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universiteti Hüquq fakültəsinin “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrasının müəllimi
Nəşr tarixi : 2023
Yüklənmə sayı : 24

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir