Sosial təminat sahəsində mübahisə: hüquqi aspekt - Polis Akademiyasının Elmi Xəbərləri- Elmi Hüquq Jurnalı №1 2023

Açıqlama:

İnsanın əsas sosial-iqtisadi hüquqları içəri-sində mühüm yerlərdən birini Azərbay-can Respublikası Konstitusiyasının 38-ci maddəsində əks olunmuş sosial təminat hüququ tutur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində hər bir şəxsin yaşına, xəstəliyi-nə, əlilliyinə, ailə başçısını itirməyə görə və qa-nunla nəzərdə tutulan digər hallarda sosial təmi-nat hüququnun təmin edilməsi təsbit olunmuşdur. Ona görə ki, cəmiyyətin üzvü olan hər bir vətən-daşın sosial təminata olan konstitusion hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğ-də sosial təminatın müvafiq növlərini (pensiya, müavinat, sosial xidmət və s.) almaq hüququnu nə-zərdə tutur. Azərbaycan Respublikasının Konstitu-siyasının 71-ci maddəsinin II hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cüm-lədən insanın subyektiv hüququ kimi çıxış edən so-sial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz


Müəllif : Mayis ƏLİYEV BDU-nun Əmək və ekologiya hüququ kafedrasının professoru, hüquq üzrə elmlər doktoru
Nəşr tarixi : 2023
Yüklənmə sayı : 20

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir