Sosial xidmət – əsas insan hüquqlari kontekstində - Polis Akademiyasının Elmi Xəbərləri- Elmi Hüquq Jurnalı №1 2023

Açıqlama:

Məlum olduğu kimi II dünya müha-ribəsindən sonra artıq insan hüquq və azadlıqları beynəlxalq müstəvidə daha da qabardılaraq ön plana keçirilməyə başlanmış, insan və onun hüquqları ən ali dəyər kimi qəbul edilmişdir. Eləcə də müasir dünya dövlətlərinin demək olar ki, hər biri tərəfindən qəbul edilən və dövlətlərin daxili qanunvericiliklərində təsbit edilən əsas insan quqları uzun sürən formalaşma mərhələləri keçərək günümüzdəki inkişaf səviyyəsinə çatmışdır. Bu baxımdan insan hüquqları şərti olaraq “birinci, ikinci və üçüncü nəsil hüquqlar” olaraq qruplaşdırılır [5, s. 101]. Birinci nəsil hüquqları “mülki və siyasi hüquqlar”, ikinci nəsil hüquqları “sosial, iqtisadi və mədəni hüquqlar”, üçüncü nəsil hüquqları isə “həmrəylik (kollektiv) hüquqlar” təşkil edir


Müəllif : Ata Vəliyev -Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının “Mülki hüquq” kafedrasının baş müəllimi, polis baş leytenantı
Nəşr tarixi : 2023
Yüklənmə sayı : 20

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir