Sosial xidmət – sosial ədalət nəzəriyyəsi kontekstində - Polis Akademiyasının Elmi Xəbərləri Elmi Hüquq Jurnalı №4 (2022)

Açıqlama:

Sosial xidmət dedikdə, çətin həyat şəraitində yaşayan şəxslərin (ailənin) sosial problemlərinin aradan qaldırılması və ictimai həyatda digər insanlarla bərabər iştirak imkanlarının yaradılması istiqamətində həyata keçirilən kompleks tədbirlər başa düşülür (3.). Başqa sözlə desək, sosial xidmət qanunla müəyyən edilmiş qaydada cəmiyyətin nisbətən zəif və müdafiəsiz üzvlərinin – qocaların, yetkinlik yaşına çatmayanların, qadınların, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin, əlillərin, valideyn himayəsindən məhrum olmuş uşaqların və s. hüquqlarının qorunması, onların digər insanlarla bərabər şəkildə layiqli həyat səviyyəsinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirləri özündə ehtiva edir


Müəllif : Ata Vəliyev - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının “Mülki hüquq” kafedrasının baş müəllimi, Bakı Dövlət Universitetinin “Əmək və ekologiya hüququ” kafedrasının doktorantı, polis baş leytenantı
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 8

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir