Soyqırım ümumbəşəri cinayətdir - Azərbaycan Prokurorluğu Elmi-praktiki jurnalın 1-ci nömrəsi 2023

Açıqlama:

Genosid, yaxud sоyqırımı – etnik, irqi, dini və ya milli qrupun düşünülmüş və sistematik şəkildə tam və ya qismən məhv edilməsidir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 9 dekabr 1948-ci il tarixdə qəbul olunmuş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın 2-ci maddəsində qeyd olunur ki, bu Konvensiyada “soyqırımı” dedikdə, hər hansı milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən məhv etmək məqsədilə törədilən aşağıdakı hərəkətlər başa düşülür: bu cür qrupun üzvlərinin öldürülməsi; bu cür qrupun üzvlərinə ağır bədən xəsarəti, yaxud əqli xətər yetirilməsi; hər hansı qrup üçün qəsdən onun tam, yaxud qismən fiziki məhvini nəzərdə tutan həyat şəraiti yaradılması; bu cür qrupda doğumun qarşısını almağa yönəldilmiş tədbirlərin görülməsi; uşaqların zorla bir insan qrupundan alınıb başqasına verilməsi. Konvensiyanın preambulasında soyqırım yalnız “beynəlxalq hüquq üzrə, BMT-nin mahiyyətinə və məqsədlərinə zidd, sivil dünya tərəfindən cinayət hesab olunan cinayət” hesab edilmir, həmçinin “bütün tarixi dövrlərdə soyqırımı bəşəriyyətin amansız böyük itkisi” sayılır.


Müəllif : Faiq Səfərov, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi
Nəşr tarixi : 2023
Yüklənmə sayı : 18

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir