Türk Dövlətləri Təşkilatına daxil olan dövlətlərdə hüququn unifikasiyası: böyük məqsədlərə doğru iddialı bir təklif - Azərbaycan Vəkili Jurnalı №25 (2025)

Açıqlama:

şdırılması və ortaq qaydalar əsasında harmonizasiyası prosesidir. Bu proses, beynəlxalq ticarət, müqavilə hüququ və maliyyə əməliyyatları sahələrində əhəmiyyətli rol oynayır. Xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) daxilində hüququn unifikasiyası dövlətlərarası əməkdaşlığın inkişafı, iqtisadi artım və hüquqi mübahisələrin həlli üçün strateji əhəmiyyət kəsb edir. SSRİ hüquqi mirasına əsaslanan hüquq sistemlərinə malik TDT ölkələrinin hüquqi oxşarlıqları, eləcə də Türkiyənin RomanGerman hüquq ailəsinə mənsub olması, bu unifikasiya prosesinə əlverişli şərait yaradır. Bu məqalə beynəlxalq təcrübələrə əsaslanaraq, TDT ölkələri arasında hüququn unifikasiyasının faydalarını, potensial modelləri və hüquqi harmoniyanın mümkünlüyünü təhlil edir. Avropa İttifaqı, OHADA və OHADAC kimi regional təşkilatların təcrübələri, Türk Dövlətləri üçün unifikasiya nümunəsi olaraq göstərilir. Hüququn unifikasiyası, xüsusilə ticarət qanunlarının uyğunlaşdırılması, investisiyaların qorunması və arbitraj mexanizmlərinin yaradılması vasitəsilə hüquqi maneələrin aradan qaldırılmasına töhfə verə bilər. Məqalədə, həmçinin TDT daxilində vahid arbitraj sistemlərinin tətbiqi müzakirə olunur. Arbitraj mexanizmləri hüquqi mübahisələrin sürətli həlli, hüquqi sabitlik və qarşılıqlı etimadın gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Bu yanaşma, beynəlxalq ticarət müqavilələrinin daha şəffaf və effektiv icrasını təmin edə bilər. Ümumilikdə, TDT ölkələri arasında hüququn unifikasiyası iqtisadi əlaqələrin genişləndirilməsi, ticarət müqavilələrinin icrası və hüquqi mübahisələrin həlli proseslərinin təkmilləşdirilməsi üçün perspektivli və məqsədəuyğun bir prosesdir. Məqalə bu mövzunu həm nəzəri, həm də praktik aspektlərdən təhlil edərək, TDT kontekstində hüquqi unifikasiyanın əhəmiyyətini vurğulayır.


Müəllif : İlqar Babayev
Nəşr tarixi : 2025
Yüklənmə sayı : 21

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir