Türkiyə KİV-i və beynəlxalq media İkinci Qarabağ müharibəsi haqqında - Azərbaycan Hüquq Jurnalı. 2021 (№2)

Açıqlama:

Məqalədə Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində beynəlxalq təşkilatların fəaliyyəti, İkinci Qarabağ müharibəsi və aparıcı dünya mediasının fəaliyyəti təhlil edilir. Göstərilir ki, Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı bütün dünyanın bildiyi həqiqət olsa da, münaqişəyə ikili yanaşma onun həllinin 30 il müddətində nizama salınmaması ilə nəticələndi. ATƏT-in Minsk Qrupu çərçivəsində həllini tapmayan Dağlıq Qarabağ konfliktinin 2020-ci il 27 sentyabr tarixində növbəti mərhələsinə qədəm qoymasından, qeyd edilən tarixdə Ermənistan silahlı qüvvələrinin hücumunun tərəflər arasında irimiqyaslı hərbi əməliyyatların başlaması ilə nəticələnməsindən, 44 günlük Vətən Müharibəsində Azərbaycanın təkcə hərbi sahədə deyil, diplomatik arenada və informasiya müharibəsində də birmənalı qələbə qazanmasından bəhs edilir. Həmçinin İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünyanın nəhəng media korporasiyalarına müsahibələri, Qərb mətbuatı və Rusiya kütləvi informasiya vasitələrinin əsasən birtərəfli mövqe nümayiş etdirmələri, müharibə ilə bağlı məlumatlarında jurnalistikanın prinsip və funksiyalarına əməl etməmələri təhlil edilir. Məqalədə habelə müharibə başlayan gündən obyektiv və həqiqətə söykənən mövqeyi ilə ölkəmizə tam və birmənalı informasiya dəstəyi verən Türkiyə mətbuatının, “Al-Jazeera” beynəlxalq telekompaniyasının ərəb xidmətinin məlumatları da nəzərdən keçirilir.


Müəllif : Pərvanə İbrahimova - siyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin dosenti
Nəşr tarixi : 2021
Yüklənmə sayı : 24

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir