Məqalədə təcavüz cinayəti və mədəni irsin qorunması problemi hüquq ədəbiyyatında mövcud fikir müxtəlifliyi və mühüm beynəlxalq sənədlərlə geniş təhlil edilir. Qeyd edilir ki, beynəlxalq cinayətlərin bir növü olan təcavüz cinayəti həm də mədəni irsin məhv edilməsinə qarşı yönəlir. Məqalədə belə bir fikir əsaslandırılır ki, təcavüz cinayəti və mədəni irsin mühafizəsi insan hüquqları ilə sıx bağlıdır ki, bu da bütövlükdə mədəni hüquqların təmin edilməsi ilə əlaqələndirilməlidir. Ona görə də mədəni irsin mühafizəsi problemləri insan hüquqları ilə sıx qarşılıqlı əlaqədə təhlil edilməlidir. Sonda, təcavüz cinayəti və mədəni irsin və insan hüquqlarının qorunması probleminə dair bir sıra nəzəri və praktiki təkliflər irəli sürülür. Belə ki, qeyd edilir ki, dövlətlərin təcavüz cinayəti ilə əlaqədar məsuliyyətinin artırılması məqsədilə qəbul edilmiş beynəlxalq sənədlərin icra mexanizmləri dəqiq formalaşdırılmalı və müvafiq məsuliyyət tədbirləri gücləndirilməlidir.
Qiymətləndir