Təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadının öldürülməsinin tövsifi problemləri - Azərbaycan Prokuroru Jurnalı (APJ law journal) - 2022

Açıqlama:

Təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadının öldürülməsi cinayət əməlinin tövsifi məsələsi nəzəri ədəbiyyatda mütəmadi olaraq müzakirə edilməkdədir. Belə ki, bu zaman təqsirkar faktiki səhvə yol verərsə, əməlin tövsif edilməsində müəyyən çətinliklər yaranır. Müasir dövrdə hüquq ədəbiyyatında bir çox müəlliflər aşkar surətdə hamilə vəziyyətində olan qadının öldürülməsi zamanı faktiki səhvə yol verilən zaman əməlin tövsifinin müxtəlif variantlarını təklif edirlər. Məqalənin müəllifi tərəfindən belə tövsifin təklif edilən beş variantı nəzərdən keçirilir. Hesab edilir ki, cinayət qanununun hər hansı bir normasının şərhi və tətbiqi zamanı bu qədər müxtəlif fikirlərin olması yolverilməzdir. Bununla əlaqədar, qanunda müvafiq dəyişikliklərin edilməsi zəruri və məqsədəuyğundur.


Müəllif : Məleykə Bayramova
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 74

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir