Təsərrüfat cəmiyyətlərinin iştirakçı payına/səhminə münasibətdə vərəsəlikdə yaranan aktual problemlər və həll imkanları - Azərbaycan Vəkili Jurnalı №21 (2022)

Açıqlama:

Bu məqalədə Azərbaycan Respublikası mülki qanunvericiliyində təsərrüfat cəmiy yətlərinin iştirakçısı/səhmdarı olan fiziki şəxsin ölümündən sonra, miras qoyana məxsus pay/səhmlərin (miras əmlakının aktiv hissəsi kimi) onun vərəsələrinə keçməsi prosesində yaranan problemlər və çıxış yolları təhlil ediləcəkdir. Hazırda cəmiyyət iştirakçısının/səhmdarının mülkiyyətindəki pay/səhmin ölümdən sonra vərəsələrə keçməsi, spesifik xüsusiyyətlər nəzərə alınaraq vərəsəlik hüququnun ümumi normaları çərçivəsində müvafiq rəsmiləşdirmə/sənədləşmə əsasında həyata keçirilməkdədir. Lakin reallıqda miras əmlakındakı həmin pay/səhmə ümumi normalar əsasında vərəsəliyin tanınması müəyyən çətinliklər, problemlər yaratmaqdadır. Qeyd olunan çətinlikləri təhlil etməmişdən əvvəl, ilk öncə məsələnin hüquqi əsaslarını tənzimləyən Mülki Məcəllənin müvafiq normalarına nəzər salınmasında fayda var. Azərbaycan Respublikası Mülki Məcəlləsində hazırki məsələnin tənzimlənməsi aşağıdakı maddələr əsasında həyata keçirilir: (qeyd: hazırki təhlil Azərbaycanda üstünlük təşkil edən iki növ təsərrüfat cəmiyyəti - Məhdud Məsuliyyətli Cəmiyyət və Qapalı Səhmdar Cəmiyyətinin fəaliy yəti üzrə aparılmışdır.)


Müəllif : Qasım Şaliyev
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 16

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir