Talama cinayətlərinin araşdırılmasında bəzi innovativ texnologiyaların və metodların tətbiqinin kriminalistik aspektləri - Polis Akademiyasının Elmi Xəbərləri Elmi Hüquq Jurnalı №1 2024

Açıqlama:

Müasir dövrdə innovativ kriminalistik texnologiyalarının inkişaf prosesi ilə bağlı müvafiq texniki vasitələrin və metodların seçilməsi, onların kriminalistik xüsusiyyətlərinin öyrənilməsi, eyni zamanda cinayətlərin açılması və araşdırılmasında tətbiqi zərurəti aktuallıq təşkil edir. Məqalədə cinayətlərin açılması, araşdırılması və qarşısının alınması üçün kriminalistik əhəmiyyətə malik məlumatların əldə edilməsi məqsədilə rəqəmsal texnologiyaların inkişafına uyğun yeni üsul və metodların işlənib hazırlanması və onlardan istifadə imkanları göstərilmişdir. Digər növ cinayətlərdə olduğu kimi, vətəndaşların şəxsi əmlakının talaması ilə bağlı hüquqazidd əməllərin aşkar olunmasında və araşdırılmasında pilotsuz uçuş aparatlarından, 3D modelləşdirmədən, biodetektorlardan, avtomatlaşdırılmış barmaq izi sistemlərindən və s., eləcə də qeyriənənəvi metodlardan istifadə imkanları şərh edilmişdir


Müəllif : Canpolad Daanov - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi, polis general-mayoru
Nəşr tarixi : 2024
Yüklənmə sayı : 238

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir