Talama ilə bağlı cinayətlərin araşdırılması zamanı yaranan münaqişəli istintaq şəraitində yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin dindirilməsinin taktiki aspektləri - Azərbaycan Hüquq Jurnalı. 2023 (№3)

Açıqlama:

Dindirmə öz xarakrerinə görə çoxplanlı, mürəkkəb hərəkət olub, kriminalistik, təşkilati, psixoloji və etik aspektlərə malikdir. Dindirilən şəxs düzgün ifadə vermək arzusunda olmayanda və yaxud müstəntiqin verdiyi suallara cavab verməkdən imtina etdiyi hallarda münaqişəli şərait yaranaraq dindirmə daha da mürəkkəb xarakter alır. Məqalə əsasən tamah xarakterli cinayətlərin araşdırılması zamanı yaranmış münaqişəli şəraitdə yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin dindirilməsinin təşkilati, taktiki və bəzi psixololi məsələlərinə həsr olunmuşdur. Eyni zamanda münaqişəli şəraitdə təqsirləndirilən şəxsin dindirilməsi zamanı söhbət, qəfil faktor, ifadələrin detallaşdırılması, təqsirləndirilən şəxsdə müstəntiqin hər şeydən xəbərdar olması təsəvvürü yaratmaq, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin müsbət mənəvi keyfiyyətlərindən istifadə, dolayi dindirmə, təkrar dindirmə və c. taktiki üsullardan istifadə edilməsi nəzərdən keçirilmişdir. Araşdırılan məsələ ilə bağlı nəticədə belə bir qənaətə gəlinir ki, tamah xarakterli cinayətlər araşdırılmasinda yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin dindirilməsi zamanı taktiki-psixoloji üsullardan istifadə daha düzgün və tam ifadələrin alinmasına imkan yaradır.


Müəllif : Canpolad Daanov - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasının rəisi, polis generalmayoru
Nəşr tarixi : 2023
Yüklənmə sayı : 33

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir