Uşaq hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq normalarının nəzəri-tarixi təhlili - Azərbaycan Hüquq Jurnalı. 2023 (№3)

Açıqlama:

Uşaqların xüsusi müdafiəsinə zərurətin formalaşması və onların hüquqlarının tanınması dünyada baş verən tarixi proseslər nəticəsində gündəmə gəlmişdir. Məqalədə uşaq hüquqlarının beynəlxalq-hüquqi müdafiəsini şərtləndirən amillər həm nəzəri-tarixi, həm də təcrübi aspektdən tədqiq olunmuşdur. Müqayisəli təhlillərin nəticəsi olaraq məqalədə uşaqların müdafiəsi sahəsində beynəlxalq hüquq normalarının təcrübəyə tətbiqi zamanı qarşıya çıxan problemlərə aydınlıq gətirilmiş, təklif və tövsiyələr təqdim olunmuşdur. Uşaqların xüsusi hüquqi statusuna əks mövqedən çıxış edən yanaşmalar tənqid olunmuş, onların spesifik xüsusiyyətlərindən irəli gələrək belə xüsusi müdafiənin vacibliyi qəbul olunmuşdur. Hüquqları qorunmağa çalışılan bütün insanların hamısının uşaqlıq dövrü keçirməsini və uşağın necə şəxsiyyətə çevrilməsinin daha çox həmin dövrdən asılı olmasını nəzərə alsaq, uşaq hüquqlarının beynəlxalq və milli-hüquqi müdafiəsinin nə qədər vacib olması təsdiq olunur.


Müəllif : Zamiq Allahverdiyev - Bakı Dövlət Universitetinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının doktorantı
Nəşr tarixi : 2023
Yüklənmə sayı : 23

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir