Uşaqların sosial, iqtisadi və mədəni hüquqlarının müdafiəsi üzrə beynəlxalq normaların milli təcrübəyə tətbiqi üzrə problemlər - Azərbaycan Hüquq Jurnalı. 2023(№2)

Açıqlama:

Uşaqların xüsusi müdafiəsinə zərurətin formalaşması və onların hüquqlarının tanınması dünyada baş verən tarixi proseslər nəticəsində gündəmə gəlmişdir. Məqalədə uşaqların sosialiqtisadi və mədəni hüquqlarının beynəlxalq-hüquqi müdafiəsini şərtləndirən amillər həm nəzəritarixi, həm də təcrübi aspektdən tədqiq olunmuşdur. Müqayisəli təhlillərin nəticəsi olaraq məqalədə uşaqların müdafiəsi sahəsində beynəlxalq hüquq normalarının təcrübəyə tətbiqi zamanı qarşıya çıxan problemlərə aydınlıq gətirilmiş, təklif və tövsiyələr təqdim olunmuşdur. Aparılmış tədqiqatın nəticəsi olaraq mövcud təcrübi və hüquqi problemlərin aradan qaldırılması məqsədilə təkliflərin təqdim olunması ilə yanaşı, dövlətdaxili tənzimləmənin müsbət istiqamətdə inkişaf edən normaları ilə bağlı təhlillər də aparılmışdır.


Müəllif : Zamiq Allahverdiyev - Doktorant, Bakı Dövlət Universiteti, İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrası
Nəşr tarixi : 2023
Yüklənmə sayı : 26

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir