Ulu Öndər Heydər Əliyev və Azərbaycanda insan hüquqları elminin inkişafı - Bakı Universitetinin xəbərləri (sosial-siyasi elmlər seriyası) jurnalı №2 2023

Açıqlama:

Məqalədə Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunun, vətəndaş cəmiyyətinin yaradılmasının, insan və vətəndaş hüquq və azadlıqlarının demokratik institutunun inkişafının və milli qanunvericiliyin formalaşmasının əsasını qoymuş genişmiqyaslı islahatlardan bəhs edilir. Azərbaycanda əsaslı iqtisadi, dövlət və hüquq islahatlarının həyata keçirilməsi cəmiyyətin və dövlətin inkişafında, insan və vətəndaş hüquq və azadlıqlarının genişləndirilməsində və müdafiəsində, elmin, o cümlədən hüquq elminin inkişafında əvəzsiz rol oynamışdır. Ümummilli Liderin müəyyən etdiyi əsas müddəalar öz normativ təsbitini insan və vətəndaşın demokratik hüquq və azadlıqlarının elan edilməsinin rəmzinə çevrilmiş 1995-ci il tarixli Azərbaycan Respublikasının Konstitusiyasında tapmışdır. Məqalədə, insan və vətəndaş hüquq və azadlıqları sahəsində milli standartların beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər təhlil edilir, hüquqi islahatların həyata keçirilməsində demokratik ədalət mühakiməsi, konstitusiya nəzarəti prinsiplərinə əsaslanan üçpilləli məhkəmə sisteminin rolu və islahatların nəticəsi olaraq dövlət orqanlarının fəaliyyətini sadələşdirən yeni institutların yaradılması vurğulanır. Bütün bunlar, təbii ki, hüquq elminin yeni sahələrinin və tədqiqat obyektlərinin formalaşmasına öz töhfəsini verdi. Məqalədə bu məsələlərin ətraflı təhlili verilmişdir.


Müəllif : Z.H.Əliyev - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2023
Yüklənmə sayı : 8

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir