Ümumiyyətlə, qədim zamanlardan hal‐hazıra kimi insanlar arasında münasibətlər müəyyən davranış qaydaları ilə tənzimlənmiş və tənzimlənməkdə davam edir. İşgüzar, xidməti və digər bütün münasibətlər davranış qaydaları ilə tənzimlənir. Bu davranış qaydalarının əksər hissəsi müəyyən aktlardan, digər hissəsi isə insanlar arasında təşəkkül tapan qaydalardan ibarətdir. İnkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycanda da əksər peşə sahiblərinin davranış qaydaları mövcuddur. Bura hakimlərin, prokurorluq, ədliyyə işçilərinin və digər çoxsaylı peşə sahiblərinin davranış qaydaları ilə bərabər, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamə də daxildir.
Qiymətləndir