Ümumi prizmadan diqqət yetirsək görərik ki, vərəsəlik hüququnda özünəməxsus əlamətləri və keyfiyyətləri ilə seçilən Roma hüququnda xüsusi bir qayda mövcud idi: “... ya kiminsə mirası tərkibinə daxil olan hüquqları qəbul etməməsi nəticəsində (məsələn, müəyyən şəxs əşyanı Tutsinin vərəsəsinə verməkdən ona görə imtina etmir ki, onu Tutsinin vərəsəsi hesab etmir, ona görə ki, Tutsinin özünün həmin əşyaya hüququnu rədd edir), ya da kiminsə öz davranışı ilə həmin şəxsin vərəsə kimi hüquqlarını pozması və ya qəbul etməməsi nəticəsində (məsələn, həmin şəxsin öz vərəsəlik hüququnu əldə etdiyi vəsiyyətnamənin etibarlılığına etiraz edirdi) vərəsənin məhkəmə müdafiəsinə ehtiyacı yarana bilərdi.
Qiymətləndir