Vətəndaş cəmiyyəti və hakimiyyətlərin bölgüsü prinsipi - Azərbaycan Hüquq Jurnalı. 2021 (№3)

Açıqlama:

Təqdim olunan məqalədə demokratik hüquqi dövlət şəraitində vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanlarının qarşılıqlı fəaliyyəti konsepsiyası, onların qarşılıqlı fəaliyyəti, hakimiyyət bölgüsü prinsipinin həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolu və iştirakı təhlil edilir. Hakimiyyətin həyata keçirilməsinin nəzəriyyəsi və praktikası ilə bağlı məsələlərin hərtərəfli tədqiqi, onun cəmiyyətlə qarşılıqlı əlaqəsinin xüsusiyyətlərinin öyrənilməsi məsuliyyətli vətəndaşlığın formalaşmasına kömək edir, bunsuz hüquqi dövlət və vətəndaş cəmiyyətini yaratmaq mümkün deyil. Hakimiyyət bölgüsü nəzəriyyəsinin öyrənilməsi prosesində dövlət-hakimiyyət münasibətlərinin tənzimlənməsində hüququn rolunu göstərmək vacibdir. Bütövlükdə vətəndaş cəmiyyətinin işinin konstruktivliyi və səmərəliliyi vətəndaş cəmiyyəti subyektlərinin fəaliyyətinin tənzimlənməsinin konstitusiya-hüquqi mexanizminin səmərəliliyindən, bu subyektlərin dövlət orqanları ilə qarşılıqlı əlaqə mexanizmindən asılıdır. Məqalədə Azərbaycan Respublikasında vətəndaş cəmiyyəti və dövlətin qarşılıqlı əlaqəsinin konstitusiya və hüquqi aspektləri araşdırılır ki, bu da həm vətəndaş cəmiyyəti institutlarının dövlət orqanlarına, həm də dövlət orqanlarının vətəndaş cəmiyyəti institutlarına təsir formalarını əhatə edir.


Müəllif : Mehriban Babaxanova - hüquq üzrə fəlsəfə doktoru, Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dosenti
Nəşr tarixi : 2021
Yüklənmə sayı : 23

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir