Vətəndaş cəmiyyətinin anlayışı və səciyyəvi xüsusiyyətləri: beynəlxalq hüquq normalarının və Azərbaycan Respublikasının milli qanunvericiliyin müqayisəli və qarşılıqlı təhlili - Azərbaycan Hüquq Jurnalı. 2021 (№3)

Açıqlama:

Məqalə vətəndaş cəmiyyətinə dair Azərbaycan, türk, rus, ingilis dillərində, habelə müxtəlif İnternet resurslarında çap olunmuş və ya yerləşdirilmiş ədəbiyyatlarda irəli sürülən elminəzəri müddəalar, praktiki hallar, beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının milli qanunvericilik aktlarının təhlili əsasında hazırlanmışdır. Bununla yanaşı, vətəndaş cəmiyyətinin funksiyaları və iştirakçılarının tərkibi geniş təhlil olunmuşdur. Dar və geniş mənalarda vətəndaş cəmiyyətinə verilən təriflər müqayisəli analiz edilərək, düzgün və yanlış məsələlərə diqqət yönəldilmişdir. Məqalənin nəticə hissəsində vətəndaş cəmiyyəti ilə qeyri-hökumət təşkilatlarını fərqləndirə biləcək əlamətlər qısaca xarakterizə olunmuşdur.


Müəllif : Elnarə Mirzəyeva - h.ü.f.d., Bakı Dövlət Universitetinin dosenti
Nəşr tarixi : 2021
Yüklənmə sayı : 28

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir