Məqalədə korrupsiya və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərdən sayılan vəzifə saxtakarlığının cinayət-hüquqi təhlilindən bəhs edilir. Belə ki, vəzifə saxtakarlığı korrupsiya və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər arasında özünün ictimai təhlükəliliyi, təcrübədə baş vermə tezliyi ilə fərqlənən əməllərdən biridir. Ona görə də, məqalədə vəzifə saxtakarlığı əməli ilə bağlı hüquq ədəbiyyatlarında bəzi müəlliflər tərəfindən səsləndirilən fikirlərə istinad edilməklə, adı çəkilən cinayətin mahiyyət və məzmununa da aydınlıq gətirilir.
Qiymətləndir