Səmərəli ədalət mühakiməsi insan və vətəndaşın pozulmuş hüquqlarının və maraqlarının real müdafiəsinin və bərpa edilməsinin, ədalətliliyin təmin edilməsidir. Başlıca tələblərdən biri də əhalinin məhkəmə sisteminə etimadının yüksəldilməsidir. Prosessual qanunvericilikdə apellyasiya və kassasiya instansiyalarında işlərə yenidən baxılması vahid yanaşmanın təmin edilməsi vasitəsidir. Belə yanaşmalardan biri də Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nisbətən yeni institut olan məhkəmə təcrübəsinin vahidliyidir.
Qiymətləndir