Valideyn himayəsindən məhrum olan uşaqların hüquqi statusunun tənzimlənməsinin xüsusiyyətləri - Azərbaycan Hüquq Jurnalı. 2023 (№1)

Açıqlama:

Hər bir vətəndaşın layiqli həyat səviyyəsinin təmin olunması Azərbaycan dövlətinin qarşısında duran ən ümdə konstitusion məqsəddir. Bu məqsədə nail olunmasında mühüm yeri əhalinin sosial qayğıya, spesifik hüquqi tənzimlənməyə ehtiyac duyan təbəqələri təşkil edir ki, belə təbəqələrin zəruri qismini fiziki, psixoloji, bioloji və digər amillərdən dolayı uşaqlar təşkil edir. Dövlət uşaqların, xüsusilə onların arasında da ən həssas kateqoriya qruplarının hüquqi statusunu effektiv hüquq normaları ilə nizama salır, hər bir uşaq üçün fərdi inkişaf planı hazırlayır, valideyn qayğısından məhrum olan uşaqların ailə mühitində böyüməsi üçün normativlər müəyyən edir. Əgər uşaq öz ailəsi və ya ailə mühiti ilə yenidən birləşə bilmirsə, müvafiq dövlət təşkilatları tərəfindən mümkün olan qayğı formaları araşdırılır və müəyyən olunur.


Müəllif : Röya Mirtalıbova
Nəşr tarixi : 2023
Yüklənmə sayı : 26

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir