Vergi hüququ: anlayışı, predmeti və statusu - Nəqliyyat Hüququ jurnalı 2021 №1

Açıqlama:

Məqalədə vergi hüququnun anlayışı,onun predmeti, statusu və hüquqi təbiətinə dair digər məsələlər elmi cəhətdən araşdırılır. Belə bir doktrinal definisiya formulə olunur ki, vergi hüququ dedikdə dövlətin vergi fəaliyyəti sahəsində yaranan vergi münasibətlərini tənzimləyən obyektiv hüquq normalarının sistemi başa düşülür. Azərbaycan Respublikasının milli hüquq sferasında vergi hüququnun mövqeyi barədə qeyd edilir ki, vergi hüququ dövlətdaxili hüquq sistemində müstəqil hüquq sahəsi kimi formalaşmış iqtisadi hüququn tərkibində yarımsahə statusuna malikdir. Belə ki, vergilər yolu ilə iqtisadi münasibətlərin tənzimlənməsi həyata keçirilir, çünki vergi və iqtisadi münasibətlər iqtisadi kontekstdə bir-birilə sıx surətdə əlaqəli olan anlayışlardır. Bu bağlılıq həm də Dövlət Vergi Xidməti qurumunun İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmasında təzahür edir.


Müəllif : Araz Kərimov - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi, rəisin birinci müavini, vergi xidməti müşaviri, hüquqşünas. Nadir Adilov - Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, sədrin müşaviri, dosent, hüquq üzrə fəlsəfə doktoru Etibar Əliyev - Azərbaycan Hüquqşünasları Konfederasiyasının üzvü, Bakı Dövlət Universiteti Hüquq fakültəsi “İnsan hüquqları və informasiya hüququ “YUNESKO kafedrasının professoru, hüquq üzrə elmlər doktoru
Nəşr tarixi : 2021
Yüklənmə sayı : 24

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir