Xüsusi mülkiyyət hüququnun məhdudlaşdirilması məsələsinin milli və beynəlxalq-hüquqi əsasları - Azərbaycan Hüquq Jurnalı. 2023 (№1)

Açıqlama:

Bu məqalədə xüsusi mülkiyyətin mahiyyəti və onun məhdudiyyətləri, insan hüquqları ilə qarşılıqlı əlaqə məsələləri həm milli, həm də beynəlxalq hüquqi aspektlərdə araşdırılır. Mülkiyyət hüququ məsələsi də insan hüquq və azadlıqları ilə bağlıdır. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinin 6-cı bəndinə əsasən sosial ədalət və torpaqdan səmərəli istifadə məqsədi ilə mülkiyyət hüquqları qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 154-cü maddəsində göstərilir ki, xüsusi mülkiyyət hüququna və onun məhdudlaşdırılmasına yalnız müstəsna hallarda yol verilir. “Milli təhlükəsizlik haqqında” Qanununda nəzərdə tutulduğu kimi, Azərbaycan Respublikasının milli təhlükəsizliyi eyni zamanda insan hüquq və mənafelərinin daxili və xarici təhdidlərdən qorunmasını təmin edir. Dövlətin yuxarıda qeyd olunan işğaldan azad edilmiş ərazilərə mülki əhalinin daxil olmasını qadağan etməklə yanaşı, onların mülkiyyət hüquqlarını məhdudlaşdırması qaçılmazdır. Lakin bu məhdudiyyətlər qanunun mahiyyətini dəyişməməli, son nəticədə hüquqi məqsədə çatmağa yönəlməlidir.


Müəllif : Nüşabə Abberin - Bakı Dövlət Universitetinin İnsan hüquqları və informasiya hüququ üzrə YUNESKO kafedrasının doktorantı
Nəşr tarixi : 2023
Yüklənmə sayı : 34

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir