Xəzər dənizinin hüquqi statusu problemi və sahilyani dövlətlər arasinda dənizdə silahlanma yarisinin ortaya çixmasi - Elmi əsərlər. İctimai elmlər seriyası jurnalı №2 2020

Açıqlama:

SSRİ-nin dağılması ilə Xəzərsahili müstəqil dövlətlərin sayı ikidən beşə yüksəlmişdir. Bu isə Xəzərin hüquqi statusu və dənizdə silahlanma kimi bir problemi də özü ilə gətirmişdir. Müxtəlif maraq və siyasət istiqamətləri olan bu dövlətlərin hər biri öz siyasətinə uyğun şəkildə status məsələsini həll etməyə çalışmışdır. Nəticədə 20 ilin üzərində həllini gözləyən bir problem ortaya çıxmışdır. Uzun müzakirələrdən sonra sahilyanı dövlətlərin razılığı ilə Aktauda yeni Konvensiya qəbul olundu və Xəzər dənizi öz statusunu qazanmış oldu. Məqalənin yazılma səbəbi Xəzər dənizinin hüququ statusunun bir problem şəkilində ortaya çıxma səbəbləri, dövlətlərin buradakı fərqli maraqları, məsələnin həlli və nəticələri, sahilyanı dövlətlər arasında müstəqillik qazanmalaqla başlayan silahlanma yarışı və onun mahiyyətini izah etmək və nəticələrini araşdırmaqdan ibarətdir.


Müəllif : Gülçin Ağayeva - Naxçıvan Dövlət Universiteti
Nəşr tarixi : 2020
Yüklənmə sayı : 16

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir