XX əsrin 90-ci illərinin əvvəllərində Azərbaycanda ictimai-siyasi və hüquqi dəyişikliklər - Elmi əsərlər. İctimai elmlər seriyası jurnalı №2 2021

Açıqlama:

XX əsrin 90-cı illərinin əvvəlləri, habelə bunun ardı olaraq 90-cı illərin sonu və XXI əsrin başlanğıcında baş verən hadisələrə nəzəri diqqət yetirdik. Göründüyü kimi, SSRİ-nin dağıldığı bir zamanda 70 illik əsarətdən sonra Azərbaycanın yenidən öz müstəqilliyini qazanması, Azərbaycan Xalq Cümhuriyyətinin bilavasitə varisi kimi azadlıq yolunda irəliləməsi böyük və olduqca vacib məsələ kimi qiymətləndirilməlidir. Hələ çox gənc olmasına baxmayaraq, azadlığını bəyan etdiyi andan etibarən hüquqi, demokratik dövlət quruculuğu yolunda mühüm nailiyyətlər qazanmış, istər daxili işlərdə, istərsə də xarici beynəlxalq münasibətlərdə uğurlara imza atmış, əsas məqsədlərindən biri kimi də insan və vətəndaşların hüquq və azadlıqlarının təminatı üçün əlindən gələni etmiş, edir və edəcəkdir də. Uğurlar hər bir sahəni əhatə etməkdədir. İstər təhsil, istər mədəniyyət, istər musiqi, istər idman və s. Elə yeri gəlmişkən qeyd edim ki, bütün dünya çərçivəsində ilk Avropa Olimpiya Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi həqiqətən də təqdirəlayiq bir haldır. Tək bununla məhdudlaşmır, Azərbaycan istər əvvəlki illərdə, istərsə də bundan sonrakı illərdə daim ən mötəbər beynəlxalq səviyyəli yarışların, müsabiqələrin, həm iştirakçısı, həm də ev sahibi kimi çıxış etmişdir və edəcəkdir.


Müəllif : Oğuzhan Uzar - Naxçıvan Dövlət Universiteti
Nəşr tarixi : 2021
Yüklənmə sayı : 14

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir