Xalqların inkişaf hüququnun realizə imkanları - Azərbaycan Hüquq Jurnalı. 2021 (№2)

Açıqlama:

İnkişaf hüququ ilə bağlı hüquq ədəbiyyatlarında fərqli mövqelərə də rast gəlmək mümkündür, belə ki, bəzi müəlliflərin fikrincə, inkişaf hüququ sahibkarlıq fəaliyyətinə hüquq, mal istehsalçılarının müstəqilliyi, mülkiyyət formalarının azad rəqabəti, dövlət orqanlarının formalaşmasının demokratik nizamı, referendumlarda iştirak hüququ, kütləvi informasiya vasitələrlərinin azadlığı və informasiya azadlığını əhatə edir. Belə hesab etmək olar ki, qeyd edilən yanaşma, birincisi, əsassız şəkildə inkişaf hüququnu azad sahibkarlığın və siyasi hüquqlara hörmətə şamil edir və ikincisi, xalqın öz müqəddəratını təyin etmək hüququnun daxili aspekti inkişaf hüququnun məzmununa əsassız olaraq daxil edilir. Bu səbəblərdən qeyd edilən fikirlə razılaşmaq mübahisə doğurur.


Müəllif : Xətai Hətəmov - Bakı Dövlət Universitetinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının doktorantı
Nəşr tarixi : 2021
Yüklənmə sayı : 23

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir