Xarici cinayət yurisdiksiyasından dövlətin vəzifəli şəxslərinin immuniteti (nəzəri və praktiki problemlər) - Polis Akademiyasının Elmi Xəbərləri Elmi Hüquq Jurnalı №2 (2022)

Açıqlama:

Dövlətin ali vəzifəli şəxslərinin xarici dövlət tərəfindən cinayət məsuliyyətinə cəlb olunması və eyni zamanda həmin vəzifəli şəxslərin xarici cinayət yurisdiksiyasından immunitetinin (toxunulmazlığının) mümkünlüyü haqqında məsələ müasir beynəlxalq hüquq və dövlətdaxili hüququn, o cümlədən, hüquqi doktrinanın və praktikanın ən aktual və mürəkkəb problemlərindən biri hesab olunur. Son dövrlər bu problemə diqqətin artmasının əsas səbəbi beynəlxalq birliyin insan hüquqlarının müdafiəsi institutunun inkişafına xüsusi önəmin verilməsilə, insan hüquqlarının kobud və kütləvi şəkildə pozuntusu kimi çıxış edən və beynəlxalq cinayət hesab olunan soyqırıma, insanlıq əleyhinə cinayətlərə, müharibə cinayətlərinə, habelə, terrorizm, korrupsiya, çirkli pulların yuyulması, insan alveri kimi transmilli cinayətlərin təhlükəli təzahür formalarına tolerantlığın azalması ilə bağlıdır.


Müəllif : Elnur Əliyev
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 8

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir