Xarici diplomatik nümayəndəliklər və onlarin personalinin təhlükəsizliyinin təmin olunmasinin beynəlxalq və milli hüquqi əsaslari - Polis Akademiyasının Elmi Xəbərləri - Elmi Hüquq Jurnalı №2 2023

Açıqlama:

Son günlərdə Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə qarşı müxtəlif formalarda hücumların, terror aktlarının sayının artması ciddi narahatlıq yaradır. Son altı ay ərzində səfirliklərimizə qarşı beş terror aktı həyata keçirilib. 4 Avqust 2022-ci ildə Azərbaycan Respublikasının Londonda yerləşən səfirliyinə İran İslam Respublikasının himayə etdiyi radikal dini qruplaşmanın üzvləri hücum etmişdir. Azərbaycanın Xarici İşlər Nazirliyi bu insidenti “vandalizm aktı” kimi qiymətləndirib və Böyük Britaniyanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkilinə hücumla bağlı “qəti etiraz” bildirərək belə halların təkrarlanmayacağına dair “ zəmanət tələb edib”.


Müəllif : Həcər Qasımova - Bakı Dövlət Universiteti “Beynəlxalq ümumi hüquq” kafedrasının dosenti, h.e.f.d.
Nəşr tarixi : 2023
Yüklənmə sayı : 20

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir