Yüklərin avtomobil yolu ilə daşınmasının beynəlxalq-hüquqi aspektləri - Nəqliyyat Hüququ jurnalı 2023 №1

Açıqlama:

Beynəlxalq əhəmiyyətli avtomobil daşımalarının təşkili ölkədaxili daşımaların təşkilindən daha ciddi və məsuliyyətli hazırlıq tələb edir. Müasir mərhələdə beynəlxalq avtomobil daşımalarının əhəmiyyəti göz qabağındadır. Əgər avtomobil nəqliyyatı ilə daşınmanı nəzərə alsaq, o zaman, ilk növbədə, digər nəqliyyat növləri ilə müqayisədə əhəmiyyətli üstünlüyü, yəni daşımanın müştərinin konkret tələblərinə uyğunlaşdırmaq imkanını qeyd etmək lazımdır ki, bu da xidməti rahat və sərfəli edir. Hazırda daşımaların tənzimlənməsi sahəsində təşkilati, hüquqi, iqtisadi məsələlər kontekstində bir çox problemlər mövcuddur. Daşımanın məqsədyönlü tənzimlənməsi yoxdur. Bu problem müasir reallığın bütün tələblərinə cavab verəcək, daşınma prosesi ilə bağlı bütün suallara cavabları özündə əks etdirən normativ hüquqi baza yaratmaqla həll edilə bilər. Beynəlxalq avtomobil daşımalarının həyata keçirilməsində bir çox mübahisəli vəziyyətlər mövcuddur. Onların arasında ən mühümləri aşağıdakılardır: vahid uçot və nəzarət sis teminin olmaması, nəqliyyat vasitələrinin təhlükəsizliyinə təminat, gömrük məsələlərinin tənzimlənməsi zərurəti.


Müəllif : Vüsal Aslanov - Bakı Dövlət Universiteti.
Nəşr tarixi : 2023
Yüklənmə sayı : 14

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir