Yüklərin beynəlxalq daşinması beynəlxalq hüququn tənzimetmə obyekti kimi - Nəqliyyat Hüququ jurnalı 2019 №1

Açıqlama:

Məqalədə müasir dövrdə yüklərin beynəlxalq, yəni dövlət sərhədlərini aşmaqla daşınması ilə bağlı meydana çıxan problemlərin hüquqi tənzimlənməsi məsələləri tədqiq edilmişdir. Yüklərin beynəlxalq yollarla daşınması daim aktual problemlər sırasında olmuşdur. Burada yüklərin göndərilməsi, daşınması, çatdırılması prosesində meydana çıxan münasibətlərin hüquq normaları çərçivəsində nizamlanmasından söhbət gedir. Bu tip münasibətlər həm beynəlxalq müqavilə hüququ, həm çinin beynəlxalq adət normaları ilə nizama salınır. Lakin dövlətlər arasında ticarət münasibətlərinin intensiv şəkildə inkişafı, yeni, qlobal nəqliyyat layihələrinin meydana çıxması əsasən beynəlxalq müqavilə normalarına üstünlük verilməsini obyektiv bir zərurətə çevirmişdir


Müəllif : Aslanov Vüsal - Bakı Dövlət Universiteti “Beynəlxalq xüsusi hüquq və Avropa hüququ” kafedrasının dissertantı.
Nəşr tarixi : 2019
Yüklənmə sayı : 23

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir