Müəllif ətraf mühitin mühafizəsi ilə bağlı problemlərin hələ bəşəriyyətin qədim dövrlərindən mövcud olduğunu qeyd edərək antropogen faktorların doğurduğu çətinlikləri xüsusi vurğulayır. Hazırda Azərbaycanda aparılan dövlət siyasəti ekologiyanın səmərəli şəkildə qorunmasına, insanların təmiz ekoloji mühitdə yaşamasına istiqamətlənmişdir. Məqalədə bildirilir ki, getdikcə aktuallaşan ətraf mühit problemlərini effektiv həll etmək üçün dünya ölkələri birgə fəaliyyət göstərməlidir. Eyni zamanda ölkəmizdə bu istiqamətdə atılan mühüm əhəmiyyətli addımlar təhlil edilir. Müəllif tərəfindən Azərbaycan Prezidentinin sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar ölkədə həyata keçirilən tədbirlər barədə qısa məlumat təqdim edilir. Məqalədə qeyd edilir ki, yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətində ən önəmli məsələlərdəndir. Müəllifin fikrincə, Azərbaycan beynəlxalq ekoloji əməkdaşlıq sahəsində yüksək fəallıq nümayiş etdirir. Məqalədə bu il Azərbaycanda keçiriləcək COP 29-un əhəmiyyətinə toxunulur. Habelə qeyd edilir ki, hər il keçirilən bu tədbirdə iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edilir. Məqalədə yaşıl enerjidən istifadəyə getdikcə artan maraq çərçivəsində külək və günəş enerjisindən istifadə edilməsi üçün mövcud olan şərait və potensial imkanlar nəzərdən keçirilir
Qiymətləndir