Yaradıcılıq azadlığının təminatının hüquqi və təcrübi aspektləri - Azərbaycan Vəkili Jurnalı №24 (2024)

Açıqlama:

Müxtəlif hüquqi tənzimləmələrdə müxtəlif formada təsbit olunan yaradıcılıq azadlığı öz xüsusiyyətinə görə insanın maddi və mənəvi varlığının inkişafı ilə bağlı əsas azadlıqlardan hesab olunur. Müasir dövrdə rəqəmsallaşma prosesləri və informasiya cəmiyyətinə keçid bu azadlığın yeni forma almasını, yalnız bədii əsərləri deyil, daha geniş məzmunu əhatə etməsini şərtləndirmişdir. Məqalədə yaradıclıq azadlığının mahiyyəti, əsas elementləri, hüquqi təminat mexanizmləri, eləcə də bu azadlığın digər hüquq və azadlıqlarla qarşılıqlı əlaqəsi haqqında təhlillər aparılmışdır. Bundan əlavə, yaradıcılıq azadlığına yönəlmiş qeyri-qanuni müdaxilələrdən qorunma üsulları barədə tövsiyələr təqdim edilmişdir. Bu zaman yaradıcılıq azadlığı və informasiya mədəniyyətinin qarşılıqlı əlaqəsinin mühüm tərəfləri də tədqiq olunmuşdur.


Müəllif : Gülnaz Rzayeva, Türkanə Babayeva
Nəşr tarixi : 2024
Yüklənmə sayı : 24

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir