Yaxşi idarəetmə hüququnun implementasiyasının hüquqi metodları - Nəqliyyat Hüququ jurnalı 2023 №1

Açıqlama:

Məqalədə yaxşı idarəetmə hüququnun implementasiyasının hüquqi metodları ilə bağlı məsələlər tədqiq olunmuşdur. Yaxşı idarəetmə hüququnun normativ nizama salınmasının analizinə xüsusi hüquqi yanaşmanın nəticəsi onun digər insan hüquq və azadlıqlarından ayrıca şəkildə tədqiqinə gətirib çıxarır. Fundamental hüquq və azadlıqların sistemində yaxşı idarəetmə hüququnun yeri və rolu elmi ədəbiyyatlarda lazımi şəkildə araşdırılmamışdır. Yalnız bu hüququn tərkib elementləri olan müraciət etmək hüququ, əda lətli məhkəmə araşdırması, informasiya azadlığı kimi hü quqlara müəyyən qədər diqqət ayrılmışdır, halbuki yaxşı idarəetmə hüququ kompleks xarakterə malikdir və bu hüququn məzmununun ətraflı şəkildə araşdırılması və bitkin bir fikir irəli sürülməsi üçün digər insan hüquqları ilə əlaqəli şəkildə tədqiqi zəruri bir şərtdir. Avropa İttifaqı (Aİ) Məhkəməsinin presedent təcrübəsi göstərir ki, Avropa məhkəmə instansiyaları yaxşı idarəetmə hüququna insan hüquq və azadlıqlarının zəruri müdafiə mexanizmi kimi baxır, hansı ki, başqa hüquqlarla qırılmaz əlaqədə reallaşır.


Müəllif : Ləman Abbasl - Bakı Dövlət Universiteti.
Nəşr tarixi : 2023
Yüklənmə sayı : 18

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir