Yeni nəsil insan hüquqlarının anlayışı və konseptual hüquqi əsasları - Nəqliyyat Hüququ jurnalı № 1- 2018

Açıqlama:

Məqalədə “yeni nəsil” və ya “üçüncü nəsil insan hü quqları”nın anlayışı və nəzəri xüsusiyyətləri ilə bağlı məsələlər tədqiq edilmişdir. Çoxsaylı nəzəri mübahisələrə səbəb olan və əsasən xalqların və millətlərin müqəddəratı baxımından əhəmiyyətli sayılan “Üçüncü nəsil insan hü quqları” konsepsiyası təxminən əlli il əvvəl, yəni XX əsrin yetmişinci illərində yaranmışdır. Bu fikri irəli sürən və məhşurlaşdıran YUNESKO-nun İnsan Hüquqları Departamentinin keçmiş rəhbəri Karel Vasak olmuşdur. Digər tələblərdən fərqli olaraq bir sıra elə tələblər mövcuddur ki, həmrəyliyin olması onların reallaşdırılmasının əsas şərtidir. Bunlara misal olaraq öz müqəddəratını təyin etmək hüququnun, təbii sərvət və ehtiyatlar üzərində ayrılmaz suverenlik hüququnun, yaşamaq hüququnun, inkişaf hüququnun, layiqli ətraf mühit hüququnun, azlıqların və yerli azsaylı xalqların hüquqlarının adları qeyd edilir. Bütün bu hüquqların yalnız həmrəylik şəraitində həyata keçirilməsinin mümkünlüyü səbəbindən göstərilən hüquqlar parlaq ifadə edilmiş kollektiv təbiətə malikdirlər, yəni ayrı-ayrı fərdlərdən çox bütövlükdə xalqlara aid edilirlər. Bu yeni hüquqlar insan hüquqları kimi beynəlxalq səviyyədə tanınmanı tələb edir.


Müəllif : Xətai Hətəmov - BDU, “İnsan hüquqları və informasiya hüququ” üzrə YUNESKO kafedrasının doktorantı.
Nəşr tarixi : 2018
Yüklənmə sayı : 18

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir