Məqalə yerli özünüidarə sisteminin hüquqi konstruksiyasının quruluşunun qiymətləndirilməsi problemlərinə həsr olunmuşdur. Bələdiyyə quruculuğu təcrübəsinin ümumiləşdirilməsi ilə ölkədə yerli özünüidarənin hüquqi konstruksiyasının yaradılması üçün əsaslı institusional islahatların aparılmasının zəruriliyi müəyyən edilmişdir. Azərbaycan üçün xarici elementli özünüidarə konstruksiyasının qiymətləndirilməsi xarici ölkələrin konstitusiyalarının yerli dövlət idarəçiliyi və yerli özünüidarə kateqoriyalarının fərqləndirilməsinə dair müddəalarının təhlilindən başlanır. Yerli özünüidarənin konstitusion-hüquqi əlamətləri nəzərdən keçirilir. Mərkəzi icra hakimiyyəti orqanlarının yerli icra hakimiyyətinin həyata keçirilməsində rol oynaması, yerli özünüidarənin vətəndaşlar tərəfindən yerli seçkilər, rəy sorğusu, vətəndaşların yığıncaqları vasitəsilə həyata keçirilməsinə dair müddəaların Konstitusiya səviyyəsində təsbit olunması haqqında fikirlər əsaslandırılmışdır
Qiymətləndir