Məqalə Konstitusiyaya əsaslanan xalq hakimiyyətinin yerlərdə təşkili və həyata keçirilməsi problemlərinə həsr edilmişdir. Konstitusiya və qanunların müddəaları əsasında mərkəzi və yerli icra hakimiyyəti orqanları arasında münasibətlər təhlil edilir, yerli icra hakimiyyətlərinin və bələdiyyələrin fəaliyyətinin təşkili sahəsində həll edilməsi zəruri olan problemlər aşkar edilir və bu problemlərin həlli istiqamətləri nəzərdən keçirilir. “Bələdiyyələrlə yerli icra hakimiyyəti orqanlarının qarşılıqlı fəaliyyəti haqqında” Qanunun qəbul edilməsi, bələdiyyə seçkiləri zamanı namizədlərin seçkiqabağı platformalarının mahiyyətinin seçicilər üçün açıqlanması, habelə yerlərdə sosial-iqtisadi inkişafın təmin edilməsi ilə bağlı təkliflər əsaslandırılır.
Qiymətləndir