Yetkinlik yaşına çatmayanlar arasında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət qanunvericiliyinin təkmilləşdirilməsinin əsas istiqamətləri - Polis Akademiyasının Elmi Xəbərləri - Elmi Hüquq Jurnalı №2 2025

Açıqlama:

Məqalədə yetkinlik yaşına çatmayanlar arasında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət qanunvericiliyinin təkmilləşdirilməsi məsələləri araşdırılmış, narkocinayətlərlə cinayət-hüquqi vasitələrlə mübarizənin səmərəliliyinin artırılmasının əsas istiqamətləri təklif edilmişdir: 1) narkotik vasitələrin və psixotrop maddələrin analoqları narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin (CM-in 26-cı fəsil) predmeti kimi cinayət qanunvericiliyinin müvafiq maddələrinə əlavə edilməsi; 2) СM-in 234-сü maddəsinin yeni redaksiyada verilməsi və bu maddənin “Satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların analoqlarını əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıma adlandırılması, CM-ə 234-1 (satış məqsədilə narkotik vasitələri, psixotrop maddələri və onların analoqlarını əldə etmə, saxlama, hazırlama, istehsal etmə, daşıma, göndərmə və ya satma), 234-2 (narkotik vasitələrin, psixotrop maddələrin və onların analoqlarının hazırlanmasında və emalında istifadə etmək məqsədilə prekursorları əldə etmə, saxlama, hazırlama, göndərmə, daşıma və ya satma) kimi yeni maddələrin əlavə edilməsi; 3) CM-nə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların analoqlarının qeyri-tibbi məqsədlərlə istehlakını və ya onların qanunsuz dövriyyəsini təbliğ və ya reklam etmə” adı altında yeni 234-3- cü maddənin daxil edilməsi və bu maddədə “234-3.2.3. İctimai yerlərdə, habelə təhsil və tibb müəssisələrində törədildikdə” və “234-3.2.4. Mediadan, informasiya telekommunikasiya şəbəkələrindən (sosial şəbəkələr və internet şəbəkəsi də daxil olmaqla) istifadə etməklə törədildikdə” kimi tövsifedici tərkiblərin nəzərdə tutulması; 4) CM-in 240-1-ci (Güclü təsir edən yeni psixoaktiv maddələrin qanunsuz dövriyyəsi) maddələrinin əlavə edilməsi və s.


Müəllif : Vasif Quliyev
Nəşr tarixi : 2025
Yüklənmə sayı : 18

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir