Yetkinlik yaşına çatmayanlara təyin edilən bəzi cəzaların xarakterik xüsusiyyətləri və cəza təyin edilərkən nəzərə alınan hallar

Açıqlama:

Cinayətin subyekti Azərbaycan Respublikasının Cinayət Məcəlləsi (bundan sonra CM) ilə müəyyən edilmiş yaş həddinə çatmış anlaqlı şəxs ola bilər. Məlumdur ki, cinayət törədənədək on altı, bəzi cinayətlərə görə isə on dörd yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. CM-nin 84-cü maddəsinə əsasən, cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Yetkinlik yaşına çatmayanlar barədə cinayət məsuliyyətinin əsaslarına CM-də ayrıca bir bölmə həsr olunub. Çünki, yetkinlik yaşına çatmayanların cinayət məsuliyyəti bəzi məqamlara görə yetkin şəxslərin cinayət məsuliyyətindən fərqlənir.


Müəllif : Nuridə Əlizadə
Nəşr tarixi : 2023
Yüklənmə sayı : 541

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir