Yol hərəkəti təhlükəsizliyi: hüquqi təbiəti və inkşaf perspektivləri - Nəqliyyat Hüququ jurnalı 2019 №1

Açıqlama:

Müasir dövrdə avtomobil nəqliyyatı ölkənin iqtisadi infrastrukturunda xüsusi yer tutur. İnsanların, cəmiyyətin və dövlətin nəqliyyat tələbatının ödənilməsi, gün dəlik yük və sərnişin daşımalarının həyata keçirilməsi məhz avtomobil nəqliyyatının müntəzəm fəaliyyət göstərməsindən əhəmiyyətli dərəcədə asılıdır. Avtomobil nəqliyyatı müəyyən funksiyalar yerinə yetirir ki [1, s.481], bu da onun ahəngdar işinin və iştirak etdiyi yol hərəkəti prosesində təhlükəsizliyin etibarlı şəkildə təmin edilməsini şərtləndirir. Ümumiyyətlə, yol hərəkəti təhlükəsizliyi ümummilli təhlükəsizlik sisteminə aid olan vacib məsələdir və onun təmin olunması dövlətin əsas fəaliyyət istiqamətlərindən biridir. Yol hərəkəti təhlükəsizliyinin aktuallığı küçə yol şəbəkəsində mövcud olan hərəkət şəraiti və avtomobillərin artım tempi ilə funksianal formada qarşılıqılı əlaqəlidir.


Müəllif : R.M.Zeynalov - polis general-mayoru E.Ə.Əliyev - hüquq üzrə fəlsəfə doktoru, DİN Baş Dövlət Yol Polisi İdarəsi.
Nəşr tarixi : 2019
Yüklənmə sayı : 23

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir