Zorakılığın kodları

Açıqlama:

Təqdim olunan bu kitabda gözümüzün önündə çox zaman ən mərd və ən nəcib keyfiyyətləri özündə birləşdirən Azərbaycan kişisi haqqında simalar canlanır. Bu, mif deyil, uydurulmuş qəhrəman obrazı deyil. Onlar tarixdə yaşamış, davranışı, mərdliyi və yüksək keyfiyyətləri ilə, 44 gün içində əsrlərllə sümük kimi boğazımızda ilişib qalmış problemi həll edərək adını qızıl həriflərlə tariximizə həkk etmiş insanlardır. Bizim ədəbiyyatımızın, dastanlarımızın, yaddaşımızın dərin qatlarında həmin kişilərin izləri var. Bu hekayələr sözlərdə deyil, xalqın yaddaşında, davranışında, nəsildən-nəslə ötürülən hekayələrində hələ də unudulmur. Azərbaycan kişisinin obrazı yalnız güc və cəsarət deyil, həm də ədalət və şəfqət idi. Bu dəyərlərin bəzi hallarda necə təhrif olunduğunu, hansı sosial, psixoloji və mədəni “kodların” zorakılığı doğurduğunu anlamaq -bu vəsaitin əsas məqsədidir. Biz bu kodları çözmək, onların mənbəyinə işıq salmaq və dəyişimin mümkün yollarını göstərmək üçün yola çıxırıq. Əgər biz öz tariximizin nəcib nümunələrini unutmadan, bu günün səhvlərindən nəticə çıxara bilsək, o zaman həm kişi, həm qadın, həm də bütövlükdə cəmiyyət daha təhlükəsiz, daha işıqlı bir gələcəyə doğru addımlaya bilər.


Müəllif : Mehriban Zeynalova
Nəşr tarixi : 2025
Yüklənmə sayı : 30

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir