Azərbaycan Respublikasının Dövlət rəmzləri

Açıqlama:

Kitab Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin imzaladığı "Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında" Sərəncam (13 mart 1998- ci il) əsasında hazırlanmışdır. Bu əsərdə ilk dəfə olaraq sistem halında müstəqil Azərbaycanın dövlət rəmzlərinin (bayraq, gerb, himn) yaranması tarixi izlənilir, milli rəmzlərin bərpası və qəbulu yolunda Prezident cənab Heydər Əliyevin müstəsna rolu göstərilir, üçrəngli bayraq və gerbdə əks olunan simvolların məna və funksiyası ilkin mənbələr əsasında araşdırılır, milli himnimizin təkamülü və ideya-məzmun xüsusiyyətləri tarixi-filoloji planda təhlil edilir, nəhayət, dövlət rəmzlərimiz Azərbaycan Xalq Cümhuriyyətindən (1918-1920-ci illər) bizə miras qalan tarixi milli-mənəvi dəyərlər kimi qiymətləndirilir. Kitab təhsil işçiləri, müəllimlər, politoloqlar, diplomatlar, hüquqşünaslar, dövlət quruculuğu ilə məşğul olan mütəxəssislər, elmi ictimaiyyət və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.


Müəllif : Misir Mərdanov, Əsgər Quliyev
Nəşr tarixi : 2001
Yüklənmə sayı : 634

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir